Pekində Çin-Mərkəzi Asiya Xəbər Agentlikləri Forumu

Pekində Çin Mərkəzi Asiya Xəbər Agentlikləri Forumu
Pekində Çin-Mərkəzi Asiya Xəbər Agentlikləri Forumu

Çinin paytaxtı Pekində “Çin-Mərkəzi Asiyanın taleyi İttifaqı üçün media əməkdaşlığının gücləndirilməsi” mövzusunda Çin-Mərkəzi Asiya Xəbər Agentlikləri Forumu keçirilib.

Sinxua Xəbər Agentliyinin sədri Fu Hua forumda bildirib ki, Çin və Mərkəzi Asiya ölkələri arasında münasibətlərdə yeni səhifənin açılması ilə media əməkdaşlığında daha böyük irəliləyiş əldə olunacaq.

Fu dünyada sülh və rifahın təmin edilməsi, regionda mədəni əlaqələrin intensivləşdirilməsi, Çin və Mərkəzi Asiya arasında tale birliyinin yaradılması üçün müvafiq tərəflərlə birgə işləməyə hazır olduqlarını bəyan edib.

Forumda iştirak edən xarici nümayəndələr Çinlə əməkdaşlıq üçün əlverişli ictimai mühit yaratmaq üçün Çin media qurumları, o cümlədən Sinxua Xəbər Agentliyi ilə əməkdaşlığı gücləndirəcəklərini bildiriblər.

Sinxua Xəbər Agentliyinin təşkil etdiyi forumda Qazaxıstan Prezidenti Teleradio Kompleksi (PTRK), Qırğızıstan Milli Xəbər Agentliyi (Kabar) və Tacikistanın rəsmi xəbər agentliyi Hovar kimi mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.

Forumda “Çin-Mərkəzi Asiya Xəbər Agentlikləri Forumu Pekin Konsensusu” qəbul edilib.