Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini dəstəkləyir

Qazaxıstanın Bakıdakı səfiri Serik Primbetov ölkəsinin Bakı-Tbilisi-Qars Dəmiryolu layihəsini dəstəklədiyini və layihə fəaliyyətə başladıqdan sonra Avropaya ixrac etdikləri malların daşınması üçün bu marşrutdan istifadə edəcəklərini bildirdi.
Səfir Primbetov illik fəaliyyət hesabatını Azərbaycan ictimaiyyəti ilə bölüşmək üçün mətbuat konfransı keçirdi. İclasda Primbetov illik hesabat və Prezident Nursultan Nazarbayevin 16 dekabr tarixində elan etdiyi “Kazaksitan 2050 Strategiyası” haqqında məlumat verdi və daha sonra ölkəsinin xarici siyasəti və qonşu ölkələrlə münasibətləri barədə qiymətləndirmələr etdi.
Türkiyə, Azərbaycan və Gürcüstan tərəfindən ortaq şəkildə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə də toxunan Primbetov, layihəni əhəmiyyət verdiklərini və dəstəklədiklərini vurğuladı.
Qazaxıstanın Avropaya ixrac etdiyi məhsulların daşınması üçün bu marşrutdan istifadə edəcəklərini dilə gətirən Primbetov, "Bakı-Tbilisi-Qars Dəmir Yolu Avropaya açılan qapımız olacaq" dedi.
Səfir Primbetov Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin layihə ilə bağlı narahatlıqlarını qaldırdığını xatırladaraq, bu layihənin həm Azərbaycan, həm Gürcüstan, həm də Orta Asiya ölkələri üçün Avropaya açılan qapı olduğunu və layihənin ləğv olunma ehtimalı olmadığını bildirdi.

Mənbə: 24 News

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*