Çində qatar stansiyasına qanlı hücum: 34 ölü

Çində qatar stansiyasına qanlı hücum: 34 ölü.Çinin cənub-qərbindəki Yunnan əyalətindəki Kunming şəhərində bıçaqlı bir qrupun qatar stansiyasına edilən hücum nəticəsində 34 nəfər öldü və 130 nəfər yaralandı.
Shinhua agentliyi, polisin hücum edənlərdən dördünü öldürdüyünü və digərlərini hələ də axtardıqlarını bildirdi.
Hadisədə, 10-dan çox insanın vağzal salonunda qatar və bilet xətti gözləyənlərə hücum etdiyi qeyd edildi.
Çin prezidenti Şi Cinping, hücumla əlaqədar istintaqı əmr etdiyini və günahkarların qanunla cəzalandırılacağını söylədi.
O, həmçinin təhlükəsizlik üzrə yüksək vəzifəli şəxslərə bölgəyə yerində yoxlamalar aparmağı tapşırıb.
Çin Kommunist Partiyası Siyasi və Hüquq Məsələləri Komissiyasının sədri Mıng Ciencu, "silahsız insanlara edilən hücumun ölümə səbəb olduğunu" və günahkarların qanuna görə ağır cəzalandırılacağını söylədi.
Çin rəsmi mətbuatı və səlahiyyətliləri hadisəni "terror hücumu" olaraq xarakterizə edərkən, hücumun "Sincan Uyğur Muxtar Bölgəsindəki bəzi qruplarla əlaqəli" olduğu iddia edildi.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*