Fransa yəhudilərə təzminat ödəyəcək

Fransa Yəhudilərə soyqırımı təzminatını ödəyəcək: Fransa və ABŞ, II Dünya Müharibəsi dövründə Fransa dövlət dəmir yolu şirkəti tərəfindən nəql edilərək nasist düşərgələrinə aparılmış Yəhudi Holokost qurbanlarına və yaxınlarına təzminat ödəməyi qəbul etdilər.
Fransanın SNCF adlı dövlət dəmir yolu şirkəti o dövrdə 76 min yəhudini həbs düşərgələrinə daşıyıb. İki ölkə arasında imzalanan razılaşmaya əsasən, Fransa hökuməti ABŞ, Kanada və İsrailin bəzi vətəndaşlarına ödəniləcək 60 milyon dollar vəsait ayıracaq.
MİNLƏR İNSAN TƏZMİNAT ALACAQ
AFP xəbər agentliyi bildirir ki, təzminat ala biləcək insanların sayı minlərlə ola bilər. ABŞ qanunvericiləri daha əvvəl SNCF-nin İkinci Dünya Müharibəsi zamanı hərəkətlərinə görə dəmir yolu tenderlərinə girməsinə mane olmağa çalışmışdılar. Bəzi tarixçilər hesab edirlər ki, SNCF alman ordusu tərəfindən işğal olunarkən yəhudilərin deportasiyasında rol oynamağa məcbur olub. 2010-cu ildə SNCF şirkətin hərəkətlərinin nəticələrinə görə "dərin kədər və təəssüf" ifadə etdi.
AFP xəbər verir ki, Fransa bu günə qədər Fransa vətəndaşı olan Holokost qurbanlarına 60 milyon dollar ödəyib.
 

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*