Çin Everestin altında yüksək sürətli qatar xəttindən keçəcək

Çin Everestin altında yüksək sürətli qatar xətti çəkəcək: Çin dünyanın ən yüksək dağı olan Everestin altında tunel açacaq.

Çin administrasiyası ölkəni qonşu Nepalla birləşdirəcək 540 kilometrlik yüksək sürətli qatar xətti çəkəcək.

DAĞIN ALTINDAN KEÇƏCƏK

2020-ci ildə tamamlanması gözlənilən dəmir yolu xətti çinlilərin Qomolanqma adlandırdığı 8882 metrlik Everest dağının altından keçəcək. Bu çərçivədə Everestə uzunluğu açıqlanmayan tunel açılacaq.

Layihənin memarlarından biri olan Vanq Menqşunun sözlərinə görə, normal şəraitdə 300 kilometrə çata bilən sürətli qatarın sürəti Everestdə yüksəklik problemləri səbəbindən saatda 120 kilometri keçməyəcək.

Nepalın istəyi ilə həyata keçiriləcəyi açıqlanan layihənin Çin ayağı ilə bağlı işlərə başlanıldığı açıqlanıb.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*