Sofiyada tramvaylar ot üzərində gedəcək

Sofiyada tramvaylar ot üzərində hərəkət edəcək: Bolqarıstanın paytaxtı Sofiyada tramvay xətlərinə ot əkilir. Mütəxəssislər bildirirlər ki, çəmənlik qızmar istidə nəqliyyatın səs-küyünü azaldacaq, havanın keyfiyyətini yaxşılaşdıracaq və havanı müəyyən qədər sərinləşdirəcək.

Bolqarıstanın paytaxtı Sofiyada tramvay xətlərinə ot əkilir.

Ruski Pametnik meydanında yaşıllaşdırılan 60 metrlik “yaşıl rels” istifadəyə verilib.

Şəhər planlaşdırıcıları deyirlər ki, otlar nəqliyyatın səs-küyünü azaldacaq, havanın keyfiyyətini yaxşılaşdıracaq və qızmar isti zamanı bir qədər sərinlik təmin edəcək.

Suya olan tələbatı ödəmək üçün otların altına yağış suyu kanalları yönəldilib.

Yaşıllaşdırma layihəsi çərçivəsində şəhərin digər tramvay xətlərinə də ot əkəcək.

Şəhər mərkəzinin 2020-ci ilə qədər nəqliyyat vasitələrinin hərəkətinə bağlanması planlaşdırılır.

Sosial şəbəkələrdə bir çox insan yeni layihənin Sofiyaya daha çox “Avropa görünüşü verəcəyini” desə də, bəziləri bunun “seçki sərmayəsi” olduğunu müdafiə edib.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*