Lüksemburqda yol qəzası

Lüksemburqda qatar qəzası: Lüksemburqda sərnişin qatarı və yük qatarı toqquşub. İlkin məlumata görə, ən azı 4 nəfər xəsarət alıb.

L'essentiel qəzetinin yazdığına görə, qəza yerli vaxtla saat 9 radələrində ölkənin cənubundakı Bettembourg qəsəbəsindəki qatar manevr stansiyası ilə Zoufftgen qəsəbəsi arasında baş verib.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu və xəstəxanaya aparıldığını bildirən qəzet, Daxili İşlər və Nəqliyyat nazirlərinin qəza yerinə gəldiyini açıqladı.

Lüksemburq Dövlət Dəmir Yolları Korporasiyası (CFL) Lüksemburq ilə Fransanın Thionville şəhəri arasında qatarların hərəkətinin növbəti bildirişə qədər 48 saat müddətinə dayandırıldığını açıqladı. Şirkətdən onu da bildiriblər ki, qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*