Konqoda qatar qəzası: 34 ölü

Konqo Demokratik Respublikasının cənub-şərqində qatar qəzası nəticəsində 34-dən çox insanın öldüyü bildirildi.

Ölkənin cənub-şərqindəki qəzada 34-dən çox mülki şəxs öldü. Lubudi bölgəsi rəsmilərindən Georges Kazadi, Lubumbaşidən Luenaya yük daşıyan qatarın 13 vaqonunun relsdən çıxaraq Lualaba bölgəsindəki uçuruma yuvarlandığını bildirdi.

Qatarda çox sayda adamın olduğunu qeyd edən Kazadi, qəzada 30-dan çox insanın öldüyünü və bir çoxunun yaralandığını bildirdi.

Qatarın yanacaq çənləri daşıdığını və qəzadan sonra 13 vaqondan 11-nin alovlandığını izah edən Kazadi, hadisəni aydınlaşdırmaq üçün bölgəyə mütəxəssis qrupu göndərildiyini söylədi.

Konqo Demokratik Respublikasında dəmir yolları müstəqillik əldə edildiyi 1960-cı ildə inşa edilmişdir. Ölkənin ən çox yıpranmış dəmir yolları qəzanın baş verdiyi bölgədə yerləşir.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*