Qazaxıstanda qatar qəzası: 1 ölü 3 yaralı

Qazaxıstanda qatar qəzası
Qazaxıstanda qatar qəzası

Qazaxıstanın cənubunda bir sərnişin qatarının relsdən çıxması nəticəsində meydana gələn qəzada 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qazaxıstan Dəmir Yolları, Qazaxıstanın Jambıl vilayətinin Astana və Almatı şəhərləri arasında hərəkət edən bir qatarın relsdən çıxması nəticəsində bir nəfərin öldüyünü və ən az 3 nəfərin yaralandığını açıqladı. Yardım qruplarının hadisə yerinə çatdığı və yaralıların ən yaxın xəstəxanalara köçürüldüyü bildirilsə də, qəzanın nə üçün baş verdiyi barədə məlumat verilmədi.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*