Toyota-nın "LUNAR CRUISER" adlandırılan kosmik gəmisi

Toyota'nın "LUNAR CRUISER" adlandırılan kosmik gəmisi
Toyota'nın "LUNAR CRUISER" adlandırılan kosmik gəmisi

Yaponiyanın Kosmik Tədqiqatlar Agentliyi (JAXA) ilə Toyota tərəfindən hazırlanan kosmik gəmiyə "LUNAR CRUISER" adı verildi. Hazırlanan bu kosmik zond Toyota kosmik hidrogen yanacaq hüceyrəsi texnologiyasından istifadə edərək kosmosda səyahət edəcəkdir.


İnsanlar tərəfindən asanlıqla xatırlanacaq bir ad olan LUNAR CRUISER, keyfiyyəti, davamlılığı, etibarlılığı və hər şəraitdə inanılmaz xarakteri ilə məşhur olan Toyota Land Cruiser modelinə istinad edir. Land Cruiser-dən ilham alan LUNAR CRUISER, Ay səthinin sərt mühitində problemsiz bir araşdırma təmin etmək üçün hazırlanmışdır.

Toyota və JAXA-nın ortaq təşəbbüsü ilə hazırlanmış və 2029-cu ildə aya getməyə hazır olması planlaşdırılan kosmik aparatın 2020-ci illərin ortalarında təqdim edilməsi gözlənilir. Bundan əlavə, bu il hər texnoloji hissənin və prototip ay vasitəsinin istehsalı üçün işlər aparılacaqdır. Bu tədqiqatlar arasında simulyasiyaların istifadəsi, sürücülük zamanı istilik yayılması performansı, prototip təkərlərin qiymətləndirilməsi, virtual gerçəkliyin istifadəsi və LUNAR CRUISER-in salonundakı avadanlıqların düzeni üçün tam miqyaslı modellərdən istifadə olunur.

Hibya Xəbər Agentliyi



söhbət

Şərh yazan ilk kişi olun

Yorumlar