Yaponiyada Maqlev qatarı üçün tikilmiş tunel çökdü: 1 ölü!

Yaponiyada Maqlev qatarı üçün tikilən tunel uçub
Yaponiyada Maqlev qatarı üçün tikilən tunel uçub

Yaponiyada Gifu əyalətinin Nakatsuqava şəhərində tikilməkdə olan Maqlev qatar tuneli çöküb. Hadisə zamanı ağır yaralanan iki işçidən biri aparıldığı xəstəxanada dünyasını dəyişib. Central Japan Railway Co. (JR Tokai) şirkəti qəza zamanı tuneldə 5 işçinin işlədiyini bildirib.

JR Tokai izah edib ki, çökmə dinamit işindən sonra aparılan yoxlama zamanı tunelin girişindən təxminən 70 metr aralıda baş verib. Maqlev xəttində ilk dəfə ölümlə nəticələnən qəza baş verdiyini bildirən şirkət həyatını itirən işçinin ailəsinə və yaxınlarına başsağlığı verib.

NHK bildirib ki, tikintisi davam edən 600 metrlik tunel hələ tikintisinə başlanmayan 4,4 kilometrlik əsas tunelin qəzalı çıxışı üçün hazırlanıb.

Təhlükəsizlik qüvvələri qəza ilə bağlı araşdırma başlatdı.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*