Pakistanda qatar məktəb avtobusunu vurub. 3 ölü, 9 yaralı var

Pakistanda qatar məktəb avtobusunu vurub. 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Pakistanda qatar məktəb avtobusunu vurub. 3 nəfər ölüb, 9 nəfər yaralanıb

Pakistanın Pəncab əyalətində qatarın dəmir yolundan keçən məktəb avtobusuna çırpılması nəticəsində 3 şagird ölüb, 9 nəfər yaralanıb.

Pakistanın Pəncab əyalətinin Şeyxpura şəhərində Jaranvaldan Lahora gedən qatar məktəb avtobusuna çırpılıb. Qəzadan sonra hadisə yerinə təcili yardım və xilasetmə qrupları sövq edilib. Yerli mənbələrdən verilən açıqlamada qəzada 3 şagirdin həyatını itirdiyi, 9 nəfərin yaralandığı bildirilib.

Xəstəxanaya çatdırılan yaralı tələbələrdən 3-nün vəziyyətinin ağır olduğu öyrənilib.

Bildirilib ki, qəzanın baş verdiyi yerdə piyada keçidi olmayıb və məktəb avtobusu idarə olunmadan dəmir yoluna düşüb. Qəzadan sonra avtobus sürücüsünün hadisə yerindən qaçdığı bildirilib.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*