Audi Çinli İstehlakçıların Zövqünə Uyğun Yeni Modelini Dizayn Edib

audi yeni modelini cin istehlakçılarının zövqünə uyğun dizayn edib
audi yeni modelini cin istehlakçılarının zövqünə uyğun dizayn edib

Audi yalnız Çin bazarı üçün daha böyük və daha dəbdəbəli yeni A8L Horsch istehsal etmək qərarına gəlib ki, bu da dünya üzrə A60 satışlarının təxminən 8 faizini təşkil edir. Audi A8 üçün Çin bazarı əsas əhəmiyyət kəsb edir. Buna görə dizaynerlər Çin istehlakçıları arasında məşhur olan köhnə Audi-ni xatırladan A8L Horsch modelini yaratmağa üstünlük verdilər.

A8L Horsch klassik modeldən 13 santimetr hündürdür və bu marka böyük ölçülü panoramik damı, çoxsaylı şaquli hissələri, xüsusi yüngül lehimli diskləri və kuzovun üzərində yerləşdirilmiş brend markası ilə seçilir.

Avtomobilin parlaqlığı və qlamurluğu şübhə doğurmur. Bu model xüsusi olaraq Çin bazarı üçün istehsal olunsa da, istehsalçı tələb olarsa, onu dünyanın digər bazarlarında da satışa təqdim etmək imkanını nəzərdən keçirir.

Mənbə: Çin Beynəlxalq Radio

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*