Meksikada iki yük qatarı üz-üzə toqquşub: 6 yaralı var

Meksikada iki yük qatarı üz-üzə toqquşub: 6 yaralı var
Meksikada iki yük qatarı üz-üzə toqquşub: 6 yaralı var

Meksikanın eyniadlı Zakatekas əyalətinin paytaxtı Zakatekas şəhərində iki yük qatarı üz-üzə toqquşub. Zakatekas Şəhər Mülki Müdafiə Agentliyindən verilən açıqlamaya görə, qarğıdalı ilə yüklənmiş 10 vaqon relsdən çıxıb. Hadisə nəticəsində mexanik də daxil olmaqla 6 dəmir yolu əməkdaşı xəsarət alıb. Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım qrupları tərəfindən xəstəxanaya aparılıb. Xəsarət alan mexanikin səhhətinin ağır olduğu bildirilib.

Relsdən çıxan vaqonlardan 2-si yaxınlıqdakı evə çırpılaraq zədələnərkən, vaqonlara yüklənmiş qarğıdalı da ətrafa atılıb.

Qəzaya səbəb insan səhvi ola bilər

Nəqliyyat və Rabitə Nazirliyinin əməkdaşları taxıl daşıyan qatarların iştirakı ilə baş vermiş qəzanın səbəblərini araşdırır. Hakimiyyət orqanlarının əldə etdiyi ilkin məlumata görə, toqquşma böyük ehtimalla insan səhvi ucbatından baş verib.

Qəza son 24 saat ərzində ştatda ikinci qatar qəzasıdır. Dünən baş verən qəzada 14 vaqondan ibarət qatar nasazlığı nəticəsində tamamilə relsdən çıxıb. Hadisə zamanı maddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*