Ermənistan və Azərbaycan Naxçıvan üzərində dəmir yolu çəkəcək

Ermənistan və Azərbaycan Naxçıvan üzərində dəmir yolu çəkəcək
Ermənistan və Azərbaycan Naxçıvan üzərində dəmir yolu çəkəcək

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı iki ölkə arasında dəmir yolunun tikintisinə dair sazişi təsdiqləyiblər.

Paşinyan hökumətlə görüşdə çıxışı zamanı “Azərbaycan prezidenti ilə Brüsseldə keçirilən görüşdə Yerask, Culfa, Ordubad, Meğri, Horadiz dəmir yolunun tikintisi ilə bağlı sazişi təsdiqlədik” deyib.

Paşinyanın sözlərinə görə, məsələ Soçidə iki Qafqaz ölkəsinin liderləri arasında, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri arasında üçtərəfli işçi qrupu çərçivəsində və Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə müzakirə olunub.

Paşinyan ötən gün Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Liderlər Şərq Tərəfdaşlığı Sammitində iştirak edirlər.

Paşinyan bəyan edib ki, sözügedən dəmir yolu ölkələrin suverenliyi altında beynəlxalq səviyyədə qəbul edilmiş sərhəd və gömrük qaydaları çərçivəsində fəaliyyət göstərəcək.

Paşinyan “Ermənistan bu dəmir yolu vasitəsilə İran, Rusiya, Azərbaycan və Naxçıvana çıxış əldə edəcək. Ancaq Türkiyə ilə səmərəli dialoq qura bilsək, sərhədlərin, əlaqələrin açılmasına nail ola bilsək, bu layihə daha böyük əhəmiyyət kəsb edə bilər. Çünki Yeraskdan Gümrüyə, Gümrüdən Qarsa dəmir yolu var. Biz dəmir yolunun tikintisinə başlamalıyıq. Tender elanı verilməlidir, biz gündəlik işləyib bu məsələni həll etməliyik”.

Paşinyan bəyan edib ki, bu layihə regionda iqtisadi, investisiya və siyasi mühiti əhəmiyyətli dərəcədə dəyişəcək. Tərəflərin razılaşdırdığı dəmir yolu marşrutu Naxçıvanı Azərbaycanın digər bölgələri ilə birləşdirəcək. (tr.sputniknews)

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*