Rusiya Çin-Avropa magistralında ilk investor tapıb

Rusiya Çin-Avropa magistralında ilk investor tapıb

Rusiya Çin-Avropa magistralında ilk investor tapıb

Avropanı Qərbi Çinlə birləşdirəcək Meridian magistralına ilk investor tapılıb. Business FM yazıb ki, Avrasiya İnkişaf Bankı 430 milyard rubl (5,8 milyard dollar) dəyərində layihənin maliyyələşdirilməsinə töhfə verəcək.

Xəbərə görə, Avrasiya Konqresi çərçivəsində müvafiq anlaşma memorandumu imzalanıb. Bankın təmin etməyi öhdəsinə götürdüyü məbləğ 200 milyard rubla yaxındır. Bu pulla yolun Rusiya sərhədləri daxilində olan hissəsinin tikintisinin planlaşdırıldığı öyrənilib.

Yolun 2 km-lik Rusiya hissəsi Qazaxıstan sərhədindəki Orenburq vilayətindən Belarusla sərhəddəki Krasnaya Qorka məntəqəsinə qədər uzanacaq.

Bununla belə, xəbər portalı xatırladır ki, Rusiya dövlət avtomobil yolu şirkəti “Avtodor” da “Meridian”a çox yaxın yol çəkməyi planlaşdırır. Dövlət layihəsi olan M-12 avtomobil yolu da Çin və Avropanı birləşdirməyə iddialıdır.

Portalın məsləhətləşdiyi ekspertlər ödənişli olması planlaşdırılan “Meridian” layihəsinin reallaşmasına şübhə ilə yanaşırlar. Ali İqtisadiyyat Məktəbindən Mixail Blinkin Rusiya dövlətinin layihəyə pul yatırmayacağına diqqət çəkərək, dünyada rüsumla maliyyələşən yükdaşıma marşrutunun olmadığı barədə fikirlərini bildirib.

Rəsmi mənbələr yol tikintisi ilə bağlı özgəninkiləşdirmə işlərinin 80%-nin tamamlandığını bildirir. Lakin tikintiyə nə vaxt başlanacağı bəlli deyil.

Mənbə: turkrus.com

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*