Yeni ŠKODA FABIA Euro NCAP Testindən 5 Ulduz Aldı

Yeni ŠKODA FABIA Euro NCAP Testindən 5 Ulduz Aldı
Yeni ŠKODA FABIA Euro NCAP Testindən 5 Ulduz Aldı

Yeni ŠKODA FABIA müstəqil sınaq təşkilatı Euro NCAP tərəfindən həyata keçirilən çarpışma testlərində 5 ulduz alaraq öz sinfinin ən təhlükəsiz avtomobillərindən biri olduğunu sübut etdi. Dördüncü nəsil FABIA daha hərtərəfli qiymətləndirilmiş qəza və təhlükəsizlik testlərində yeni meyarlara cavab verməsi ilə seçildi.

Maksimum balın orta hesabla 78 faizi ilə uğurunu nümayiş etdirən FABIA, böyüklər üçün sərnişinlərin mühafizəsi üzrə maksimum balın 85 faizini və uşaqların sərnişinlərin mühafizəsi üzrə yüzdə 81-i toplayaraq diqqətəlayiq dərəcələrə nail oldu.

FABIA-nın əldə etdiyi yüksək reytinq 2008-ci ildən bəri ŠKODA-nın təsirli performansını davam etdirir. İstehsalçının həmin ildən buraxılan 14 modeli sınaqlarda 5 ulduz almağı bacarıb.

Yeni FABIA doqquza qədər təhlükəsizlik yastığı ilə seçilə bilər və modeldə ilk dəfə olaraq sürücünün diz hava yastığı və arxa yan təhlükəsizlik yastıqları seçim kimi təklif olunur. Bundan əlavə, avtomobildəki ISOFIX və Top Tether birləşmələri sayəsində uşaq oturacağı etibarlı şəkildə bərkidilir.

Komponentləri 80% nisbətində yüksək möhkəmlikli poladdan hazırlanan MQB-A0 platforması FABİA-nı nəinki yüksək burulma müqaviməti ilə təmin etdi, həm də qabaqcıl yardım sistemlərinin inteqrasiyasına töhfə verdi. Bunlara Adaptiv Kruiz Kontrolü, Zolaqda Saxlama Yardımı, Piyadaları və Velosipedçiləri aşkarlayan Ön Əyləc Köməkçisi və Zolaq Dəyişdirmə Yardımı daxildir. Bundan əlavə, park etməyi asanlaşdıran Park köməkçisi, manevr köməkçisi və arxa görüntü kamerasına da üstünlük verilə bilər.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*