Çinin ən böyük dəniz neft yatağında hasilat 30 milyon tonu ötüb

Çinin ən böyük dəniz neft yatağında hasilat 30 milyon tonu ötüb
Çinin ən böyük dəniz neft yatağında hasilat 30 milyon tonu ötüb

Çin Milli Dəniz Neft Korporasiyasının (CNOOC) bu gün verdiyi açıqlamaya görə, Bohai körfəzində yerləşən Çinin ən böyük neft yatağı keçən il 30 milyon tondan çox xam neft hasilatı ilə ölkədə birinci yerdədir. Ötən il Çində xam neft hasilatındakı artımın yarısı sözügedən neft sahəsindən əldə edilib.

Ötən il Çinin dənizdə neft hasilatı əvvəlki ilə nisbətən 3 milyon 230 min ton artaraq 48 milyon 640 min tona çatıb və bu məbləğ milli neft artımının 80 faizini təşkil edib. Dənizdə neft hasilatının artımı üç il ərzində milli neft hasilatı artımının yarısını təşkil edib. Bu, dənizdə aşkar edilən təbii ehtiyatların Çinin hasilatını dəstəkləmək üçün mühüm elementə çevrildiyini göstərir.

“Şirkət son üç il ərzində hər il 50 milyard yuandan (təxminən 8 milyard dollar) çox sərmayə yatırıb” dedi CNOOC-un icraçı vitse-prezidenti Cao Xinjian. Cao əlavə edib ki, dərin dəniz və ağır neftin işlənməsi texnologiyasındakı irəliləyişlər sənaye üçün yeni imkanlar yaradır. CNOOC keçən ilin sentyabrında Bohai körfəzində təxmini ehtiyatı 100 milyon tondan çox olan yeni neft yatağı kəşf etdiyini açıqlamışdı.

Mənbə: Çin Beynəlxalq Radio

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*