Hollandiyada 2 türk qadın nazir oldu

Hollandiyada 2 türk qadın nazir oldu

Hollandiyada 2 türk qadın nazir oldu

Hollandiyada baş nazir Mark Ruttenin sədrliyi ilə qurulan 4 partiyalı koalisiya hökumətində türk əsilli iki qadın nazir çalışacaq.

Liberal sağçı Azadlıq və Demokratiya Partiyasının (VVD) millət vəkili Dilan Yeşilgöz Zegerius Hollandiyanın yeni təhlükəsizlik və ədliyyə naziri olacaq.

Demokratlar 66 Partiyasının (D66) üzvü Günay Uslu mədəniyyət və mediadan məsul dövlət naziri olacaq.

Hollandiyada martın 17-də keçirilən ümumi seçkilərin ardından 271 günlük danışıqlardan sonra qurulmasına qərar verilən koalisiya hökumətində iştirak edəcək nazirlər dəqiqləşib.

Mark Rutte 4-cü dəfə baş nazir kürsüsündə oturacaq və hökumətdə 28 nazir olacaq. Ruttedən başqa, kabinet 14 qadın və 14 kişi üzvdən ibarət olacaq.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*