Çində internetdən istifadə edənlərin sayı 1 milyardı ötüb

Çində internetdən istifadə edənlərin sayı 1 milyardı ötüb
Çində internetdən istifadə edənlərin sayı 1 milyardı ötüb

Çin İnternet Şəbəkəsi Məlumat Mərkəzinin (CNNIC) dərc etdiyi hesabata görə, 2021-ci ilin dekabr ayı etibarilə ölkə daxilində internet istifadəçilərinin sayı 1 milyard 32 milyona çatıb. "49. Çində İnternetin İnkişafı Vəziyyəti üzrə Statistik Hesabata əsasən, 2021-ci ildə Çində internet istifadəçilərinin sayının möhkəm addımlarla artdığı, kənd yerləri və yaşlı qrupların sürətlə internet cəmiyyətinə daxil edildiyi qeyd edilib.

Hesabatda qeyd olunub ki, ölkənin kənd yerlərində internetə çıxış göstəricisi 57,6 faizə, 60 yaşdan yuxarı yaşlılar üçün internetə çıxış göstəricisi isə 43,2 faizə yüksəlib. Hesabatda həmçinin qeyd olunub ki, 2021-ci ilin dekabrına onlayn ofis və onlayn tibb istifadəçiləri müvafiq olaraq 35,7 faiz və 38,7 faiz artaraq 469 milyon və 298 milyona çatıb.

Mənbə: Çin Beynəlxalq Radio

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*