Tarım Neft Yatağında 110 Ultra Dərin Təbii Qaz Quyusu Qazılacaq

Tarım Neft Yatağında 110 Ultra Dərin Təbii Qaz Quyusu Qazılacaq
Tarım Neft Yatağında 110 Ultra Dərin Təbii Qaz Quyusu Qazılacaq

Çinin quruda ən dərin təbii qaz quyusu kimi layihələndirilən “Dabei-401” quyusunun qazılmasına ölkənin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Bölgəsində başlanılıb. Bu quyu geologiyanın son dərəcə mürəkkəb olduğu Tyanşan dağlarının cənub ətəyində yerləşir. Çinin aparıcı neft və qaz istehsalçısı olan Çin Milli Neft Korporasiyasının (CNPC) Tarım neft yatağında yerləşən quyu 8 min 457 metr dərinliyə qazılacaq.

Onun bitişik quyularından alınan məlumatlar göstərir ki, ərazidə lay təzyiqi 140 MPa-a yaxındır. Tarım neft yatağında 2021-ci ildə 8 min metrdən çox 23 quyu qazılıb, bu il isə 110 ultra dərin quyunun qazılması nəzərdə tutulub. Tarım hövzəsi ölkənin ümumi təbii qaz hasilatının altıda birini istehsal edən mühüm neft hövzəsidir.

Mənbə: Çin Beynəlxalq Radio

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*