Pekin Qış Olimpiya Oyunları Açıqlıq Ruhunda Keçirilir

Pekin Qış Olimpiya Oyunları Açıqlıq Ruhunda Keçirilir
Pekin Qış Olimpiya Oyunları Açıqlıq Ruhunda Keçirilir

2019-cu ildə Pekin Qış Olimpiya Oyunları təşkilatı dünya üzrə könüllüləri işə cəlb etməyə başladı. Bu elandan dörd gün sonra Qış Olimpiya təşkilatına 460 mindən çox müraciət daxil olub. Bu, 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının açıq ruhunu əks etdirir.

Çin Qış Olimpiya Oyunlarını keçirmək hüququ qazanan 2015-ci ildən Pekin Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi digər ölkələrin təcrübələrini nəzərdən keçirməklə Qış Olimpiya Oyunlarına hazırlıqda açıqlıq ruhunu həyata keçirməyə çalışıb. Son illər Pekin Qış Olimpiya Oyunlarına hazırlıq işlərində 37 əcnəbi mütəxəssis və 207 əcnəbi texniki iştirak edib.

Bundan əlavə, Pekin Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi müvafiq beynəlxalq idman təşkilatları ilə idman zallarının tikintisi, buz və qar istehsalı, təşkilati iş və təlim kimi sahələrdə əməkdaşlıqda irəliləyiş əldə edib.

Çində qış idmanı sənayesinin 2025-ci ilə qədər 1 trilyon yuanı (təxminən 157 milyard 978 milyon ABŞ dolları) ötəcəyi gözlənilir. Pekin Qış Olimpiya Oyunlarına hazırlıq dövründə bir çox xarici şirkət Çində qış idman sənayesindən faydalanıb. Pekin Qış Olimpiya Oyunları qlobal qış idman sənayesinin inkişafına böyük töhfə verdi.

Sabah Pekində Qış Olimpiya Oyunlarına start verilir. Dünya insanları Qış Olimpiya Oyunlarında idmanın cazibəsini izlədikcə, Çin vətəndaşlarının açıqlıq ruhunu yaxından hiss edəcəklər.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*