Ukraynanın Ankaradakı səfiri: Rusiya ordusunda ciddi itkilər var

Ukraynanın Ankaradakı səfiri: Rusiya ordusunda ciddi itkilər var

Ukraynanın Ankaradakı səfiri: Rusiya ordusunda ciddi itkilər var

Ukraynanın Ankaradakı səfiri Vaysl Bodnar hərbi əməliyyatdan sonra verdiyi açıqlamada “Rusiya ordusunda ciddi itkilər var. Biz həmçinin Ukraynadan dinc əhali arasında itkilərin olması barədə məlumat alırıq”, - deyə o iddia edib.

Mətbuat konfransı keçirən Bodnar, Rusiya ilə müharibə vəziyyətində olduqlarını ifadə edərək, “Bütün dünyanı Putinə qarşı koalisiya qurmağa və müharibənin genişlənməsinin qarşısını almağa çağırırıq. Sizi bu cür təcavüzün qarşısını almağa çağırırıq. Bu gün Ukrayna sizin təhlükəsizliyinizi qoruyur”.

Türkiyədən dəstək gözlədiklərini qeyd edən Bodnar, "Rus gəmiləri üçün hava sahəsinin və Çanaqqala və Boğazın bağlanması ilə bağlı rəsmi tələbimizi Türkiyə tərəfinə çatdırdıq" dedi.

“Eyni zamanda, biz Rusiya tərəfinə sanksiya tətbiq olunmasını istəyirik”, - Bodnar bildirib. Biz istəyirik ki, rusiyalı iş adamlarının səhmləri müsadirə olunsun və ondan pul qazanılmasın”.

Səfir Bodnar, “Sizdən sosial media hesablarımızı izləməyinizi xahiş edirəm. Vəziyyət nəzarət altındadır, dövlətimizin müdafiə və təhlükəsizlik sistemi işləyir. Beynəlxalq ictimaiyyətin, Ukrayna ordusunun və Ukrayna cəmiyyətinin köməyi ilə biz bu müharibədə qalib gələcəyik. Kabus dünyası bitdi və biz hamımız hazırda müharibə vəziyyətindəyik. Bu günü heç vaxt unutma 24 Fevraldan etibarən dünya dəyişdi. Kiyevdən təsdiq alandan sonra itkilərimizi bölüşəcəyik. İnternetdə gördüyünüz hər xəbərə inanmayın. Rusiya da burada saxta xəbərlər müharibəsinə başladı”. ifadələrindən istifadə edib.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*