Məşhur aktyor Brüs Uillis afaziya diaqnozuna görə aktyorluğu tərk edib

Məşhur aktyor Brüs Uillis afaziya diaqnozu qoyulduqdan sonra aktyorluğu tərk edib
Məşhur aktyor Brüs Uillis afaziya diaqnozuna görə aktyorluğu tərk edib

Dünya şöhrətli aktyor Brüs Uillisin afaziya diaqnozu qoyulduqdan sonra aktyorluğu tərk edəcəyi açıqlanıb. Aktyorun karyerasını bitirəcəyini ailəsi açıqlayıb.

Məşhur amerikalı aktyor Brüs Uillisin afaziyaya görə aktyorluğu tərk etdiyi bildirilib.

Uillisin ailəsinin sosial şəbəkədə verdiyi açıqlamada 67 yaşlı aktyorun afaziyadan əziyyət çəkdiyi və karyerasını bitirdiyi qeyd edilib.

“Onun ailəsi olaraq, sevimli Brucemizin bəzi sağlamlıq problemlərindən əziyyət çəkdiyini və bu yaxınlarda onun bilişsel qabiliyyətlərinə təsir edən afaziya diaqnozu qoyulduğunu bölüşmək istədik. Ona görə də o, karyerasını tərk edir”.

1970-ci illərin sonunda Broadway-də aktyorluğa başlayan Uillis yarım əsrlik karyerası boyunca Moonlight, Pulp Fiction və Die Hard kimi onlarla görkəmli filmdə rol alıb.

Afaziya danışmaq, yazmaq və anlamaq qabiliyyətinə təsir edən, onların ünsiyyət qurmasına mane olan bir xəstəlik kimi tanınır.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*