Son dəqiqə: Rusiya və Ukrayna danışıqlarının ikinci raundu sabaha təxirə salındı!

rusiya ukrayna danışıqları
rusiya ukrayna danışıqları

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında bu gün axşam saatlarında keçirilməsi gözlənilən danışıqların ikinci raundu sabaha təxirə salınıb. Rusiya Ukrayna ilə danışıqların martın 3-də səhər saatlarında Belarusla sərhəddə yerləşən Brestdə aparılacağını bildirib. Ukrayna prezidentinin müşaviri bəyan edib ki, Ukrayna və Rusiya arasında Belarus sərhədi ilə bağlı danışıqların ikinci raundunun vaxtı müəyyənləşməyib və bunun üçün “əhəmiyyətli gündəm” lazımdır. Kremldən verilən açıqlamada “Biz danışıqlara hazırıq. Ukrayna nümayəndə heyətinin iştirak edib-etməyəcəyi hələlik bəlli deyil. Rusiya tərəfi görüşün sabah Belarusla sərhəddə yerləşən Brest şəhərində baş tutacağını açıqlayıb.

Rusiya nümayəndə heyətinə başçılıq edən Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski Belarusun Ukrayna və Polşa ilə həmsərhəd şəhəri Brestin Beloveysk meşəsində jurnalistlərə açıqlama verib. Ukrayna nümayəndə heyəti ilə razılaşdırılmış şəkildə danışıqların aparıldığı yerə çatdıqlarını bildirən Medinski, əvvəlki raundda da danışıqlar apardıqlarını xatırladıb və Rusiyanın atəşkəslə bağlı təkliflərini ən qısa zamanda təqdim edib.

Masada bəzi təkliflərlə bağlı Ukrayna ilə qarşılıqlı anlaşma əldə etdiklərini bildirən Medinski, “Ancaq bəziləri, ən əsasları olduqca gözlənilən idi. Ukrayna tərəfi Kiyevlə düşünmək və məsləhətləşmək üçün vaxt istədi”. ifadəsini işlətdi.

Ukrayna nümayəndə heyətinin Kiyevdən ayrıldığını və artıq yolda olduqlarını bildirən Medinski, “Biz əvvəlcədən gəlmişik. Düşünürəm ki, razılaşdırıldığı kimi sabah səhər burada olacaqlar”. dedi.

Medinski bildirib ki, Rusiya tərəfi Ukrayna tərəfinin nəqliyyat problemini başa düşür, Belarus xüsusi təyinatlıları Belarus tərəfində bütün təhlükəsizliyi təmin edir. Heyətin Ukraynada hərəkət etməsi üçün Rusiya hərbi birləşmələrinin də təhlükəsizlik dəhlizi təmin etdiyini qeyd edən Medinski, sabah nümayəndə heyətini gözlədiklərini təkrarladı.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*