Eurovision 2022 qalibi Ukrayna oldu!

Eurovision Ukrayna qalibi
Eurovision Ukrayna qalibi

Bu il İtaliyada 66-cı dəfə keçirilən “Eurovision” mahnı müsabiqəsinin qalibi Ukrayna olub.
Ötən il Eurovision-da qalib gələn İtaliyanın ev sahibliyi etdiyi müsabiqənin builki finalında Turinin Pala Olimpico zalında 25 ölkədən nümayəndə iştirak edib.

Müsabiqənin finalında Ukraynanı təmsil edən “Kaluş Orkestr” qrupu ümumilikdə 631 xal toplayaraq “Stefaniya” mahnısı ilə birinci yerə layiq görülüb.

İngiltərə təmsilçisi Sem Raydersin ifa etdiyi “Space Man” mahnısı 466 xalla ikinci, İspaniya təmsilçisi Chanelin ifa etdiyi “SloMo” mahnısı isə 459 xalla üçüncü yeri tutub.

Ukrayna “Eurovision 2022”nin qalibi oldu

Müsabiqənin finalında münsiflər heyətinin səslərində İngiltərə öndə olsa da, münsiflər heyətinin səsləri ilə yanaşı, ictimai səslərdən də 439 xal Ukraynanın qələbəsində həlledici olub. Bu nəticə ilə Ukrayna 2004 və 2016-cı illərdən sonra üçüncü dəfə Eurovision Mahnı Müsabiqəsində qalib olmağı bacarıb.

Digər tərəfdən təşkilata ev sahibliyi edən İtaliya 268 xalla Mahmud və Blankonun ifa etdiyi "Brividi" mahnısı ilə 6-cı yeri tutub. Nadir Rüstəmlinin ifasında “Fade To Black” mahnısı ilə yarışan Azərbaycan 106 xalla 16-cı yerdə qərarlaşıb. Almaniya isə Malik Harrisin “Rockstars” mahnısı ilə cəmi 6 xal toplayaraq müsabiqəni 25-ci və sonuncu yerdə tamamlayıb.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*