Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu La-Manş boğazını keçən Aysu Türkoğlunu təbrik edib. Bodrumlu üzgüçü Aysu Türkoğlu İngiltərə ilə Fransa arasında Manş boğazını 16 saat 28 dəqiqəyə keçib. Türkoğlu La-Manş boğazını keçən ən gənc türk üzgüçü olub.
CHP sədri Kamal Kılıçdaroğlu, sosial media hesabından paylaşdığı təbrik mesajında; “Mən La-Manş boğazını fasiləsiz üzən üzgüçü qızımıza zəng edərək ölkəmizi qürurlandırdığını söylədim. Milli üzgüçümüz Aysu Türkoğlunu ürəkdən təbrik edirəm”.
La-Manş boğazını fasiləsiz üzən üzgüçü qızımıza zəng edərək ölkəmizi qürurlandırdığını söylədim. Milli üzgüçümüz #AysuTürkoğluSizi ürəkdən təbrik edirəm.
— Kamal Kılıçdaroğlu (@kilicdarogluk) İyul 30, 2022
Şərh yazan ilk kişi olun