12-ci Pekin Beynəlxalq Film Festivalı başlayır

Pekində Beynəlxalq Film Festivalı başlayır
12-ci Pekin Beynəlxalq Film Festivalı başlayır

Bu gün Çinin paytaxtı Pekində 12-ci Pekin Beynəlxalq Film Festivalı öz işinə başlayıb.

Bir həftə davam edəcək festivalda 16 film Tiantan Mükafatı uğrunda mübarizə aparacaq.

Namizədlik qazanan filmlər arasında Çindən “İtirilmiş zamanın axtarışında”, Türkiyədən “Anadolu bəbiri”, ABŞ-dan “Call Ceyn” və Taylanddan “Fast & Feel Love” kimi əsərlər var.

Avqustun 20-də keçiriləcək bağlanış mərasimində müxtəlif kateqoriyalarda cəmi 10 mükafat öz sahiblərini tapacaq.

Festival zamanı həmçinin universitet tələbələri üçün film panoraması və film festivalı kimi tədbirlər və tematik forumlar keçiriləcək.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*