Meksikada dəhşətli qatar qəzası! 50 avtomobil və 120 ev zədələnib

Meksikada Carpisan yanacaq tankeri qatarla partlayıb
Meksikada yanacaq tankeri qatarla toqquşduqdan sonra partlayıb

Meksikada yanacaq daşıyan tankerin dəmiryol keçidinə çırpılması nəticəsində dəmir yolu xətti alovlara qərq olub.

Aquascalientes şəhərində baş verən qəzadan sonra başlayan yanğınla əlaqədar ətrafda yaşayan 1500-ə yaxın insan evlərindən təxliyə edilib.

İndiyədək əldə edilən məlumata görə, qəzada ölən olmasa da, xəsarət alanların olduğu bildirilir. Dəmiryol xəttinin ətrafındakı bəzi evlər və avtomobillər də alovlara bürünüb. Aquascalientes meri Leo Montanez Facebook-da verdiyi açıqlamada ərazidəki 300 evdən 120-nin zədələndiyini bildirib.

Qəzanın necə baş verdiyi hələlik bəlli deyil. İlk xəbərdə yük maşınının qatarla toqquşduğu bildirilsə də, daha sonra Reuters xəbər agentliyi yük maşınının dəmir yolu üzərindəki estakadaya çırpıldığını açıqlayıb.

 

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*