Dövlətləri hədəf alan kiberhücumlar artıb

Dövlətləri hədəf alan kiberhücumlar artıb
Dövlətləri hədəf alan kiberhücumlar artıb

Kiberhücumlar Şərqi Avropa və Balkanlardakı dövlətləri təhdid edir. Xüsusilə Ukrayna-Rusiya müharibəsindən sonra hücumların sayı artıb. Bolqarıstan, Polşa, Rumıniya, Moldova, Estoniya və Albaniya dövlət qurumlarının internet saytları da hədəfə alınıb.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra kiberhücumlar sürətlənib. Şərqi Avropa və Balkanların bir çox ölkələri kiberhücumların hədəfindədir. Yerli mətbuatın məlumatına görə, rus hakerlər tərəfindən yaradılan Killnet adlı qrup Bolqarıstan Dövlət Kəşfiyyat Xidmətinin saytına hücum edib.

Hücum barədə Killnet-in Telegram kanalında məlumat verilib. Qısa fasilədən sonra Bolqarıstan kəşfiyyatının saytı yenidən açılıb. Polşa, Rumıniya, Moldova, Estoniya, Şimali Makedoniya, Monteneqro və Kosovo da hədəfdədir.

Ötən ay Killnet qrupu Bolqarıstan Rəyasət Heyətinin və Daxili İşlər Nazirliyinin saytlarına, eləcə də ölkənin aparıcı KİV-lərinin internet saytlarına kiberhücum həyata keçirib.

Hücumlar təkcə Bolqarıstanla məhdudlaşmırdı. Polşa, Rumıniya, Moldova və Estoniya kəşfiyyat orqanlarının saytları kiberhücuma məruz qalıb. Şimali Makedoniya, Monteneqro və Kosovodakı dövlət qurumları da kiberhücumların hədəfinə çevrilib.

Kiberhücum mövzusu Tirana-Tehran münasibətlərini də gərginləşdirib.

Albaniya sentyabrın 7-də rəsmi hökumət saytlarına kiberhücum təşkil etdiyinə görə İranla diplomatik əlaqələri kəsdiyini açıqlayıb.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*