Çində daxili uçuşlarda intensivlik başladı

Çində Daxili Uçuşlarda İntensivlik Başladı
Çində daxili uçuşlarda intensivlik başladı

Çində epidemiya əleyhinə tədbirlərdə optimallaşdırmanın həyata keçirilməsi ilə daxili mülki uçuşların intensivliyi başladı.

Bu gün Çində daşıma qabiliyyəti 10 milyondan çox olan hava limanlarında uçuşların sayı ötən həftə ilə müqayisədə artıb. Hava limanlarından 14-nün uçuşlarında 100 faiz artım olub.

Dekabrın 7-də Çin hökuməti epidemiya ilə mübarizə üçün 10 maddədən ibarət yeni tədbirlərin siyahısını dərc edib. Yeni tədbirlərə əsasən, bölgələr arasında səyahət edən sərnişinlərdən PCR test sertifikatı və sağlamlıq kodu artıq tələb olunmayacaq.

Bloomberg-in Qunaer turizm agentliyindən aldığı məlumata görə, Çinin ənənəvi Yeni il bayramı olan Bahar Festivalı səyahət dövründə (7-21 Yanvar) aviabilet sifarişləri əvvəlki həftə ilə müqayisədə 8.5 dəfə artıb.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*