Çində yüksək keyfiyyətli inkişafa necə nail olmaq olar?

Yüksək keyfiyyətli inkişafa necə nail olmaq olar
Yüksək keyfiyyətli inkişafa necə nail olmaq olar

Çin Kommunist Partiyasının (ÇKP) 20-ci Milli Qurultayının hesabatında müəyyən edilib ki, ÇKP-nin missiyası Çin xalqını güclü və müasir sosialist dövləti qurmaq və ikinci əsrin məqsədinə nail olmaq üçün rəhbərlik etməkdir. Müasir sosialist dövləti quruculuğunda yüksək keyfiyyətli inkişafa önəm verilməlidir.

Son 10 ildə Çin iqtisadiyyatın yüksək keyfiyyətli inkişafında diqqətəlayiq uğurlar əldə edib. Çinin aşağı əlavə dəyərli yenidən işləmə ticarətinin Çin iqtisadiyyatında nisbəti davamlı olaraq azalır və maşın istehsalı kimi yüksək əlavə dəyərli məhsulların iqtisadiyyatdakı payı durmadan artır. Çin iqtisadiyyatı indi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Lakin epidemiya və dünya iqtisadiyyatının təsirləri ilə Çin iqtisadiyyatı böyük aşağı təzyiqlərlə üzləşdi.

İqtisadi konsepsiya baxımından Çinin yüksək keyfiyyətli inkişafı gələcəkdə necə olmalıdır? Fikrimcə, qarşıdakı dövrdə Çin məhsullarının əlavə dəyəri artmağa davam etməlidir. Çin məhsullarının keyfiyyəti daim yüksəldilməlidir. Daha yaxşı sənaye sistemi yaradılmalıdır. Kənd təsərrüfatının, sənayenin və üçüncü sektorların rasional nizamı qorunmalıdır.

Konkret siyasət baxımından Çin açıq, ədalətli və bərabər sosialist bazar iqtisadiyyatı sistemini daha da tənzimləyəcək. Dövlət iqtisadiyyatı konsolidasiya edilməklə yanaşı, özəl iqtisadiyyatın inkişafı dəstəklənəcək. Ticarətin liberallaşdırılması sürətləndiriləcək, investisiyalar asanlaşdırılacaq və mülki istehlak təşviq ediləcək. Çinin super-böyük bazarından hərtərəfli istifadə olunacaq və vahid milli bazar yaradılacaq.

Biz buna diqqət etməliyik. Bəziləri hesab edir ki, Çinin daxili dövriyyəsi qapalı siyasətdir. Amma əksinə, daxili dövriyyə daha da açılmaq üçün əsas olmalıdır. Ölkəyə qabaqcıl texnologiya, maliyyə və idarəetmə xaricdən gətirilməlidir. Beləliklə, Çinin bazar üstünlükləri və potensialı hərtərəfli inkişaf etdiriləcəkdir.

Yüksək keyfiyyətli inkişaf regional disbalans və zəif inkişaf arasındakı ziddiyyəti həll etmək məqsədi daşıyır. Buna görə də Çinin gələcəkdə keyfiyyətli inkişafı innovasiya, koordinasiya, yaşıllıq, açıqlıq və ümumi paylaşma kimi yeni inkişaf konsepsiyasına əsaslanmalıdır. Beləliklə, ikili dövriyyə modeli hazırlana bilər.

Bundan əlavə, Çinin yüksək keyfiyyətli inkişafı öz gücünə əsaslanan innovasiyalara diqqət yetirir. Ona görə də istedada da önəm verilir. Mən bir iqtisadçı və rektor kimi görkəmli gəncləri bəşər sivilizasiyasına töhfə vermək üçün Çinə dəvət edirəm.

Mənbə: Çin Beynəlxalq Radiosu / Müəllif: Yu Miaojie (Liaoning Universitetinin rektoru)

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*