Aleksandrupolidə NATO tanklarını daşıyan vaqonlar relsdən çıxıb

Dədəağacda NATO tanklarını daşıyan vaqonlar relsdən çıxıb
Aleksandrupolidə NATO tanklarını daşıyan vaqonlar relsdən çıxıb

Yunanıstan-Türkiyə sərhədindəki Aleksandrupolidən dəmir yolu ilə Şərqi Avropa və Ukraynaya yola salınan NATO tanklarını daşıyan vaqonlar relsdən çıxıb.

Yunan mətbuatında yer alan xəbərə görə, Aleksandrupolisdə dəmir yolunun Fransız stansiyası deyilən hissəsində NATO tanklarını daşıyan vaqonlar relsdən çıxıb. Tanklara və zirehli texnikaya maddi ziyanın olub-olmadığı barədə məlumat verilməyib.

Yunan mətbuatı Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin “Rusiya ilə müharibə vəziyyətindəyik” açıqlamasını xatırladıb və NATO tanklarının Yunanıstan üzərindən Şərqi Avropa və Ukraynaya göndərilməsinin “çox təhlükəli” olduğunu yazıb.

NATO, zədələnmiş tankları təmir etmək üçün Polşadakı bazalarından istifadə edərək, Rusiya ilə müharibədə Ukraynaya dəstək olmaq üçün yüzlərlə tank bağışladı.

Aleksandrupoli ABŞ-ın Türkiyəyə qarşı qurduğu hərbi bazası və yüzlərlə zirehli texnikası və onlarla vertolyotu ilə dəfələrlə gündəmə gəlib.

Türkiyə sərhədində yerləşən və Qərbi Trakya türklərinin azlıq təşkil etdiyi Aleksandrupolis bölgəsi ABŞ-ın hərbi qüvvələrini gücləndirmək və Ukrayna müharibəsinə silah göndərmək üçün istifadə olunur.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*