"Çaycı Hüseyin" ləqəbli Alpaslan Özmol Anasını İtirdi

Cayci Huseyin ləqəbli Alpaslan Özmol Anasını İtirdi
"Çaycı Hüseyin" ləqəbli Alpaslan Özmol Anasını İtirdi

"Çaycı Hüseyin" serialı obrazları ilə tanınan Alpaslan Özmol anasını itirib. Ağrılı xəbəri Özmolun hazırda rol aldığı serialın prodüseri Mehmet Bozdağ sosial şəbəkədə açıqlayıb.

Bozdağ paylaşımında “Alpaslan Özmolun dəyərli anası Hakkın rəhmətinə qovuşdu. Allahdan mərhuma rəhmət, Alpaslan Özmol və ailəsinə başsağlığı verirəm. Məkanı cənnət olsun” dedi.

Alpaslan Özmol kimdir?

Alpaslan Özmol (27 fevral 1976, Hamburq) — türk aktyoru. Alpaslan Özmol 27 fevral 1976-cı ildə Almaniyanın Hamburq şəhərində anadan olub. Orta məktəbdə yaşadığı çətinliklər ucbatından təhsilini yarımçıq qoymalı olub. Bir müddət turizm sektorunda çalışdıqdan sonra 1993-cü ildə yaşadığı mühit sayəsində Bursa Dövlət Teatrına daxil oldu. O, 11 tamaşada iştirak edib. Serial həyatına 1999-cu ildə yayımlanmağa başlayan Ayrilsakta Birlikdə serialı ilə başlayıb. Alpaslan Özmol müxtəlif serial və filmlərdə rol alıb. Alpaslan Özmol, xüsusilə "Çocuklar Duymasın" serialında uzun illər canlandırdığı Çaycı Hüseyin obrazı ilə tanınır. “Çaylarrrrrrr” misrası yaddaşlara həkk olunub. Alpaslan Özmol heç vaxt evlənməyib.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*