Çinin sərnişin təyyarəsi İndoneziyaya çatdırılıb

Cinin istehsalı olan sərnişin təyyarəsi İndoneziyaya çatdırılıb
Çinin sərnişin təyyarəsi İndoneziyaya çatdırılıb

Çin istehsalı olan ARJ21 reaktiv sərnişin təyyarəsi ilk dəfə xarici ölkəyə gətirilib.

Patentləri və müəllif hüquqları tam olaraq Çin Kommersiya Təyyarə Korporasiyasına (COMAC) məxsus olan ARJ21 bu gün İndoneziyanın TransNusa Hava Yollarına təhvil verilib.

Bildirilib ki, 95 yerlik ARJ21 sərnişin təyyarəsinin daxili dekorasiyası və xarici rənglənməsi sifarişçinin xüsusi tələblərinə uyğun olaraq hazırlanıb.

2225-3700 kilometr uçuş məsafəsinə malik olan təyyarə 2016-cı ilin iyununda xidmətə başlayıb.

Təyyarə hazırda 300 xətt üzrə istifadə olunur.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*