Çində 2023-cü ildə inflyasiyanın səviyyəsi orta səviyyədə qalacaq

Çində inflyasiya səviyyəsi orta səviyyədə qalacaq
Çində 2023-cü ildə inflyasiyanın səviyyəsi orta səviyyədə qalacaq

Bildirilib ki, bu il Çində inflyasiyanın səviyyəsinin ümumilikdə mülayim qalacağı gözlənilir.

Çin Dövlət Şurasının Mətbuat Ofisinin dünən keçirdiyi mətbuat konfransında Çin Mərkəzi Bankı olan Çin Xalq Bankının Pul Siyasəti üzrə baş direktoru Zou Lan ölkədəki inflyasiya vəziyyəti haqqında məlumat verib.

Zou, Çində istehlak mallarının illik artımının son 10 ildə ümumilikdə 2 faiz ətrafında olduğunu bildirdi.

Zou Lan, “2023-cü il üçün Çində inflyasiya səviyyəsinin ümumilikdə orta səviyyədə qalacağını gözləyirik. Bununla belə, inflyasiyanın yenidən yüksəlməsi ehtimalına diqqət yetirilməlidir. Qısamüddətli perspektivdə inflyasiya təzyiqləri nəzarət altındadır. Orta və uzunmüddətli perspektivdə Çin dünyanın əsas istehsalçılarından biri olduğundan, tələb və təklif ümumən balanslaşdırılmış, pul siyasəti sabit olduğundan qiymət səviyyəsində fundamental sabitliyin qorunması üçün əlverişli şərait mövcuddur”. ifadələrindən istifadə edib.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*