133-cü Kanton Sərgisində İştirak üçün Müraciət Başladı

Kanton Sərgisində İştirak Müraciətləri Başladı
133-cü Kanton Sərgisində İştirak üçün Müraciət Başladı

133-cü Kanton Sərgisi aprelin 15-də açılacaq. Yarmarkada üç mərhələdən ibarət oflayn sərgilər yenidən hazırlanmaqla yanaşı, onlayn platformaların fəaliyyəti də normallaşdırılacaq.

Yarmarkaya yeni sərgi sahələrinin əlavə olunacağı da bildirilib.

15-19 aprel tarixlərində sənayenin avtomatlaşdırılması və ağıllı istehsal sahəsinə, yeni enerji və ağıllı əlaqəli nəqliyyat vasitələri sahəsinə, istehlak elektronikası və informasiya texnologiyaları sahəsinə smart həyat sərgisi əlavə olunacaq.

Aprelin 23-27-də hamilə qadınlar, körpələr və uşaq məhsulları üçün meydança yaradılacaq.

Mayın 1-5-də əczaçılıq və sağlamlıq məhsulları və tibbi avadanlıqlar sahəsinə “Gümüş Saç İqtisadiyyatı” sərgisi, sınaq və qoruyucu vasitələr sərgisi daxil ediləcək.

Yeni sərgi meydançaları bütün uyğun şirkətlər üçün açıq olacaq. Onlayn sərginin müddəti martın 16-dan sentyabrın 15-dəkdir.

Şirkətlər exhibitor.cantonfair.org.cn saytına daxil olub Kanton Sərgisində iştirak etmək üçün müraciət edə bilərlər.