Çinin Sincan-Uyğur Muxtar Bölgəsində bəzi qatarların hərəkəti zəlzələ səbəbindən dayandırılıb

Sincan-Uyğur Muxtar Bölgəsində bəzi qatarların hərəkəti zəlzələ səbəbindən dayandırılıb
Çinin Sincan-Uyğur Muxtar Bölgəsində bəzi qatarların hərəkəti zəlzələ səbəbindən dayandırılıb

Tacikistanda baş verən zəlzələ səbəbindən Sincan-Uyğur Muxtar Bölgəsinin cənubunda bəzi qatarların hərəkəti dayandırılıb.

Çinin Sincan-Uyğur Muxtar Bölgəsinin dəmir yolu agentliyi Tacikistanda baş verən güclü zəlzələdən sonra fövqəladə hallar planına başlayıb və Aksu ilə Kaşqar arasında qatarların hərəkətini dayandırıb.

Hazırda dəmir yolu qurumunun şəxsi heyəti xətlərə, körpülərə, tunellərə və siqnal avadanlıqlarına kompleks baxış keçirmək üçün aidiyyəti üzrə göndərilib.

Bu gün saat 8.37-də Tacikistanda 7,2 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Çinin Sincan-Uyğur Muxtar Bölgəsinin Kaşqar və Atuş bölgələrində də hiss olunub.