Ədirnədən Zəlzələ Bölgəsinə Kəfən Yardımı

Ədirnədən Zəlzələ Bölgəsinə Kəfən Yardımı
Ədirnədən Zəlzələ Bölgəsinə Kəfən Yardımı

Ədirnənin İpsala Bələdiyyəsi zəlzələ bölgəsinə bir yük maşını yardım materialı və bələdiyyə işçilərindən ibarət 10 nəfərlik yardım qrupu, eyni zamanda yüzlərlə kəfən də göndərib.

İpsala Bələdiyyə Başçısı Abdullah Naci Ünsal zəlzələ bölgəsindən gələn xəbərlərdə kəfənə ehtiyac olduğunu təsbit etdiklərini və hazırladıqları kəfənləri yardım materialları ilə birlikdə göndərdiklərini bildirib.

Yardım maşını ilə birlikdə 10 nəfərlik könüllü texniki heyət göndərdiklərini xatırladan Ünsal belə davam etdi:

“Bu gün zəlzələ qurbanlarımız üçün bütün resurslarımızı səfərbər etmək, paylaşmaq günüdür. Bu prosesdə sarsılmaz dəstəyə görə bütün İpsala xalqına ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Allah rəhmət eləsin”.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*