SunExpress pulsuz evakuasiya uçuşlarının müddətini martın 1-dək uzadıb

SunExpress pulsuz evakuasiya uçuşlarının müddətini mart ayına qədər uzadıb
SunExpress pulsuz evakuasiya uçuşlarının müddətini martın 1-dək uzadıb

Türk Hava Yolları və Lufthansa-nın müştərək müəssisəsi olan SunExpress, zəlzələ bölgəsindən pulsuz təxliyə uçuşlarının martın 1-dək uzadıldığını açıqladı. Adana, Diyarbəkir, Qaziantep, Kayseri, Malatya, Hatay və Mardindən qalxan bütün daxili uçuşlar üçün SunExpress internet saytında və mobil tətbiqetmədə pulsuz rezervasiya edilə bilər.

"SunExpress" axtarış-xilasetmə və tibbi qrupların zəlzələ bölgəsinə gətirilməsi üçün ümumilikdə 287 xüsusi uçuş həyata keçirib. Təşkil etdiyi xüsusi reyslərlə 6000-dən çox axtarış-xilasetmə və tibb qrupunu bölgəyə daşıyan SunExpress, bu uçuşların dönüş reyslərində zəlzələdən zərər çəkmiş 14 minə yaxın insanın təxliyyəsini təmin edib.

Aviaşirkət AFAD başda olmaqla bütün rəsmi orqanlar vasitəsilə pulsuz yük xidməti göstərərək zəlzələ bölgəsinə 196 ton yardım materialı çatdırıb.