Türk Hava Yolları pulsuz evakuasiya uçuşlarının müddətini martın 1-dək uzadıb

Türk Hava Yolları pulsuz evakuasiya uçuşlarının müddətini mart ayına kimi uzadıb
Türk Hava Yolları pulsuz evakuasiya uçuşlarının müddətini martın 1-dək uzadıb

Türk Hava Yolları Kahramanmaraş zəlzələsindən zərər çəkmiş vilayətlərdən evakuasiya uçuşlarının martın 1-dək pulsuz davam edəcəyini açıqlayıb.

Kahramanmaraşda baş verən və 11 vilayətdə təsirli olan zəlzələlərdən sonra bölgədən təxliyə uçuşları təşkil edən Türk Hava Yolları evakuasiya uçuşlarının martın 1-dək pulsuz davam edəcəyini açıqlayıb.

Mövzu ilə bağlı sosial media hesabından paylaşım edən THY, “Adana, Diyarbəkir, Elazığ, Qaziantep, Hatay, Kahramanmaraş, Malatya və Şanlıurfadan evakuasiya uçuşlarımız 1 mart 2023-cü ilə qədər pulsuz davam edəcək. Evakuasiya prosesini asanlaşdırmaq üçün hava limanına rezervasiya ilə gəlmək lazımdır. Rezervasiyası olan sərnişinlərə üstünlük veriləcək, boş yer varsa, rezervasiyası olmayan sərnişinlər də qəbul ediləcək.