Çin, Rusiya və İran Oman körfəzində birgə təlim keçirəcək

Çin, Rusiya və İran Oman körfəzində birgə təlim keçirəcək
Çin, Rusiya və İran Oman körfəzində birgə təlim keçirəcək

Çin, İran və Rusiya dəniz qüvvələrinin martın 15-19-da Oman körfəzində birgə təlimlər keçirəcəyi açıqlanıb. Sözügedən üç ölkə 2019 və 2022-ci illərdən sonra üçüncü dəfə birgə dəniz təlimləri keçirəcək.

Çin birgə təlimə Nanninq adlı idarəolunan raket esminesi göndərməklə, havada axtarış və dənizdə xilasetmə kimi sahələrdə təlimlərə qatılacaq. Birgə təlim iştirakçı ölkələrin hərbi-dəniz qüvvələri arasında konkret əməkdaşlığın dərinləşdirilməsi üçün faydalı olmaqla yanaşı, həm də tərəflərin dəniz təhlükəsizliyini birgə qorumaq və dənizdə tale tərəfdaşlığı qurmaq iradəsini və bacarığını nümayiş etdirəcək.