Çində Turizm Bazarı Sürətlə Hərəkət Etməyə Başladı

Cinde Turizm Bazarı Sürətlə Aktivləşməyə Başladı
Çində Turizm Bazarı Sürətlə Hərəkət Etməyə Başladı

Baharın gəlişi ilə Çində turizm bazarı sürətlə hərəkət etməyə başladı. Çinin Mədəniyyət və Turizm Nazirliyi, 2023-cü ildə yerli turistlərin sayının 80 faiz artaraq 455 milyona, daxili turizm gəlirinin isə yüzdə 95 artımla 4 trilyon yuana çatacağının gözləndiyini açıqlayıb.

Bildirilib ki, son vaxtlar orta və uzaq məsafəli səyahətlərə, həmçinin düşərgə turizminə, qədim şəhər turlarına maraq artıb.

Yerli hökumətlər kampaniyalar təşkil etməklə mədəni və turistik istehlakın artırılmasını təşviq edirlər.

2023-cü ilin ikinci rübündə Qingming Festivalı, Duanwu Festivalı və 1 May Beynəlxalq Əmək Günü zamanı turizm bazarının daha da canlanması gözlənilir.