Aİ-dən 18 min 35 yaşlı gənc üçün pulsuz qatar bileti!

AB-dən minlərlə gənc üçün pulsuz qatar bileti
Aİ-dən 18 min 35 yaşlı gənc üçün pulsuz qatar bileti!

Avropa Birliyi Türkiyə də daxil olmaqla bəzi ölkələrdən 18 min 35 yaşlı gəncə Avropanı gəzə bilmələri üçün pulsuz qatar bileti verəcək.

Erasmus+ proqramı çərçivəsində DiscoverEU təşəbbüsü Avropa İttifaqına üzv dövlətlər və Erasmus+ proqramında iştirak edən İslandiya, Lixtenşteyn, Şimali Makedoniya, Norveç, Serbiya və Türkiyədə gənclərə 30 günə qədər etibarlı olan pulsuz qatar biletləri qazanmaq imkanı təqdim edəcək. Müraciətlər onlayn şəkildə aparılacaq və yalnız 18 yaşlı gənclər bu hüquqdan yararlana bilər.

Pulsuz bilet əldə etmək üçün 1 iyul 2004-cü il və 30 iyun 2005-ci il tarixləri arasında anadan olanlar 29 mart 2023-cü il tarixinədək “youth.europa.eu/discovereu_en” saytındakı viktorinada verilən suallara cavab verməlidirlər.

Seçilmiş gənclər 15 iyun 2023-cü il və 30 sentyabr 2024-cü il tarixləri arasında maksimum 30 gün ərzində Avropa ölkələrində öz biletlərindən istifadə edə biləcəklər.