Sincan Uyğur Muxtar Rayonunun Xarici Ticarət Həcmi 86,4 Faiz Artıb

Sincan Uyğur Muxtar Bölgəsinin Xarici Ticarət Həcmi Faiz Artıb
Sincan Uyğur Muxtar Rayonunun Xarici Ticarət Həcmi 86,4 Faiz Artıb

Urumçi Gömrük İdarəsinin açıqladığı məlumatlara görə, yanvar-fevral aylarında Sincan-Uyğur Muxtar Bölgəsinin xarici ticarət həcmində böyük artım olub.

Yanvar və fevral aylarında Sincan Uyğur Muxtar Bölgəsinin idxal və ixrac həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 86,4 faiz artaraq 44 milyard 390 milyon yuana çatıb. Bu göstərici ölkə üzrə orta göstəricidən 87,2 bənd yüksəkdir və ölkə üzrə birinci yerdədir.

Bu arada, Sincan-Uyğur Muxtar Bölgəsinin ixrac həcmi 91,6 faiz artaraq ölkə üzrə orta göstəricidən 90,7 bənd, idxal həcmi isə 59,8 faiz artaraq orta səviyyədən 62,7 bənd yüksək qalıb.

Qazaxıstan Qırğızıstanı keçərək Sincan-Uyğur Muxtar Bölgəsinin ən böyük ticarət tərəfdaşı olub. Sincan Uyğur Muxtar Bölgəsinin Qazaxıstanla ticarət həcmi 118,9 faiz artaraq Sincan xarici ticarət dəyərinin 34,9 faizini təşkil edib.

Sincan Uyğur Muxtar Bölgəsi ilə Mərkəzi Asiyanın 5 ölkəsi arasında xarici ticarət həcmi 96,5 faiz artaraq Sincan Uyğur Muxtar Rayonunun ümumi xarici ticarətində 79,2 faiz paya sahib olub. Bundan əlavə, Avropa İttifaqı ilə xarici ticarətin həcmi 48,5 faiz artıb.

Sincan-Uyğur Muxtar Rayonunda özəl müəssisələrin idxal və ixrac həcminin 99,7 faiz artaraq bölgənin ümumi xarici ticarət həcminin 96,2 faizini təşkil etməsi də diqqətəlayiqdir.