Pekin Beynəlxalq Film Festivalının Münsiflər Heyəti müəyyənləşdi

Münsiflər Heyəti Pekin Beynəlxalq Film Festivalında veriləcək mükafatları müəyyənləşdirdi
Münsiflər Heyəti Pekin Beynəlxalq Film Festivalında veriləcək mükafatları müəyyənləşdirdi

13-cü Pekin Beynəlxalq Film Festivalı (BJIFF) zamanı paylanacaq “Tiantan Mükafatları”nın qaliblərini müəyyən edəcək münsiflər heyətinin üzvləri açıqlanıb.

Çinli rejissor Zhang Yimou münsiflər heyətinə rəhbərlik edəcək.

Zhang Yimou ilə yanaşı, münsiflər heyətinə Argentina Matabrata Beynəlxalq Film Festivalının prezidenti Fernando Juan Lima, Honq-Konq rejissoru Kvan Kam-penq, İsrail rejissoru Nadav Lapid, Tailand rejissoru Pimpaka Towira, Çin aktyorları Zhang Songwen və Çjou Donqyu daxildir.

Pekin Beynəlxalq Film Festivalı 22-29 aprel tarixlərində keçiriləcək.