Çin və 5 Mərkəzi Asiya ölkəsi arasında uçuşlar bərpa edilib

Çin və Mərkəzi Asiya ölkəsi arasında uçuşlar yenidən başladı
Çin və 5 Mərkəzi Asiya ölkəsi arasında uçuşlar bərpa edilib

Çin Cənub Hava Yollarına məxsus CZ6015 sərnişin təyyarəsi dünən Türkmənistanın paytaxtı Aşabada getmək üçün Urumçidən havaya qalxdıqdan sonra Çin və Türkmənistan üç ildən sonra müntəzəm sərnişin marşrutlarını bərpa ediblər.

China Southern Airlines hazırda Almatı, Bişkek, Düşənbə, Daşkənd, Tbilisi, İslamabad, Tehran, Bakı, Astana kimi 9 beynəlxalq marşrut üzrə xidmət göstərir və bu marşrutlar üzrə sıxlıq 2019-cu ilin təxminən 50 faizinə yüksəlib.

Digər tərəfdən, aprelin 27-də Çin-Mərkəzi Asiya Xarici İşlər Nazirlərinin 4-cü Toplantısına Çin Dövlət Şurasının üzvü və Xarici İşlər Naziri Qin Qanq sədrlik edəcək.

Çin gələn ay Mərkəzi Asiya ölkələri Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla sammitə ev sahibliyi etməyə hazırlaşır.