1 May bayramında Çində 3 beynəlxalq uçuş həyata keçiriləcək

Çində May bayramları zamanı minlərlə beynəlxalq uçuş həyata keçiriləcək
1 May bayramında Çində 3 beynəlxalq uçuş həyata keçiriləcək

5 gün davam edəcək 1 May İşçi Bayramı ən mühüm ənənəvi Çin bayramı olan Bahar Bayramından sonra ilk uzun bayram olacaq. Beynəlxalq səyahətlər asanlaşdıqdan sonra çinlilərin xaricə qrup səfərlərinə üstünlük verəcəyi gözlənilir.

İşçi bayramına 10 gün qalmış mülki təyyarə biletlərinin bron vəziyyətinə baxdığımızda çinlilərin səyahət tələblərinin artdığı görünür. Çinin Mülki Aviasiya Administrasiyasının verdiyi məlumata görə, İşçi Bayramı üçün aviabilet rezervasiyalarının sayı 6 milyonu ötüb. Bayram günlərində mülki hava nəqliyyatında səfərlərin sayının 9 milyonu keçəcəyi təxmin edilir. Əmək bayramında Çində həyata keçiriləcək beynəlxalq uçuşların sayının 3, daxili uçuşların sayının isə 500 minə çatacağı gözlənilir.