Çinin rəqəmsal iqtisadiyyatı 50 trilyon yuanı ötüb

Çinin rəqəmsal iqtisadiyyatı trilyon yuanı ötüb
Çinin rəqəmsal iqtisadiyyatı 50 trilyon yuanı ötüb

Çinin rəqəmsal iqtisadiyyat miqyası keçən il 50 trilyon 200 milyard yuana çataraq dünyada ikinci mövqeyini qoruyub.

Dünən Çinin cənubundakı Fujian əyalətinin Fuçjou şəhərində keçirilən 6-cı Rəqəmsal Çin Sammitinin açılışında Çində rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı hesabat dərc edilib.

Hesabatda Çində rəqəmsal iqtisadiyyat miqyasının ümumi daxili məhsuldakı payının 41,5 faizə yüksəldiyi, rəqəmsal iqtisadiyyatın Çində artımı sabitləşdirən mühüm mühərrikə çevrildiyi vurğulanıb.

Hesabata görə, Çinin rəqəmsal infrastruktur imkanları xeyli gücləndirilib. 2022-ci ilə qədər ölkədə xidmətdə olan 5G baza stansiyalarının sayı 2 milyon 312 minə çatıb, istifadəçilərin sayı isə 561 milyon olmaqla qlobal 5G istifadəçilərinin 60 faizindən çoxunu təşkil edir.

Məlumat mənbəyi sisteminin sürətlə qurulduğuna diqqət çəkən hesabatda, keçən il Çində qeydə alınan məlumat həcminin illik 22,7 faiz artımla 8,1 ZB-ə çatdığı və bunun qlobal məlumat həcminin yüzdə 10,5-inə uyğun gəldiyi ifadə edildi. Hesabatda Çinin bu baxımdan dünyada ikinci olduğuna da diqqət çəkilib.