Yuan Braziliyanın ikinci ən böyük ehtiyat valyutasına çevrildi

Yuan Braziliyanın ikinci ən böyük ehtiyat valyutasına çevrildi
Yuan Braziliyanın ikinci ən böyük ehtiyat valyutasına çevrildi

Braziliya Mərkəzi Bankının dünən açıqladığı hesabata əsasən, yuan (Çin valyutası RMB) avronu keçərək ölkənin ikinci ən böyük ehtiyat valyutası olub.

2022-ci ilin sonuna Braziliyanın valyuta ehtiyatlarının 80,42 faizi ABŞ dolları, 5,37 faizi yuan və 4,74 faizi avrodan ibarət olub.

Digər tərəfdən, 2023-cü ilin əvvəlində Çin Xalq Bankı, Çin Mərkəzi Bankı və Braziliya Mərkəzi Bankı arasında ikitərəfli ticarət və investisiyaların gücləndirilməsi məqsədilə valyuta mübadiləsi mexanizminin yaradılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.